Məşhur cütlük ikinci dəfə toy etdi - Fotolar

Məşhur cütlük ikinci dəfə toy etdi - Fotolar
2152 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Con Legend İtaliyada aparıcı-model Krissi Teygenlə ikinci dəfə toy edib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, cütlük özəl gün üçün simvolik məkan seçib. Onlar ilk toylarının baş tutduğu Komo gölündəki Villa Pizzoya qayıqla gəlib.

Yaxın dostlarının da iştirak etdiyi şam yeməyindən sonra cütlük yenidən bir-birinə sədaqət andı içib.

Qeyd edək ki, 10 ildir ailəli olan Legend və Teygenin 4 övladı var.