Amerikalı məşhur müğənni Ariana Qrande iki illik həyat yoldaşı Dalton Qomesdən boşanmaq üçün rəsmi müraciət edib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, Ariananın vəkili Laura Vasser boşanmaya səbəbin fikir ayrılığının olduğunu bildirib.
Qeyd edək ki, Daltonun müğənniyə xəyanət etdiyi haqda xəbərlər yayılmışdı. Ariana hazırda aktyor Ethan Slater ilə eşq yaşayır.