Bu dəfə qırmızı kimonosu 119 minə satıldı

Bu dəfə qırmızı kimonosu 119 minə satıldı
353 dəfə oxunub
  • A-
  • A
  • A+

1991-ci ildə vəfat edən İngiltərənin məşhur “Quenn” qrupunun üzvü Freddi Merkurinin qırmızı atlas kimonosu hərraca çıxarılıb.

Axşam.az xəbər verir ki, geyim "Sotheby's" hərrac evi tərəfindən 70 min dollara (təxminən 119 min manat) satılıb.

Merkuri Yapon milli geyimini qrupunun 1976-cı ildə çıxdığı tur zamanı Edinburq şəhərində çıxış edərkən geyinib.

Qeyd edək ki, daha əvvəl Merkurinin üzərində pişiklərinin portretləri əks olunan jileti hərracda 139,7 min funt-sterlinqə alıcısına təqdim olunub.