Mövsümü "Melisa" ilə açdılar

Mövsümü "Melisa" ilə açdılar
417 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Dövlət Kukla Teatrı 92-ci mövsümünü açıb.

Axşam.az xəbər verir ki, yaradıcı heyət “Melisa” adlı tamaşanı teatrsevərlərin ixtiyarına verib. Premyerada azyaşlılarla yanaşı, Azərbaycan uşaq ədəbiyyatının tanınmış təmsilçiləri, sahə üzrə mütəxəssislər də yer alıblar. Yazıçısı Sevinc Nuruqızının eyniadlı nağıl-povesti əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Saida Haqverdiyeva, quruluşçu rəssamı Əfşan Əsədova, bəstəkarı Röya Hüseynovadır.

Səhnə əsərində obrazları teatrın aparıcı aktyorları Səriyyə Mansurova, Ülviyyə Əliyeva, Aygül Ağayeva, Cavid Telman, Elgün Həmidov canlandırıblar. 

Tamaşanın ardınca teatrın nəzdindəki "Oyuq" teatr-studiyası yetirmələrinin ifasında konsert proqramı da təqdim olunub.