İlon Mask "X"ın ödənişli ola biləcəyini açıqladı

İlon Mask "X"ın ödənişli ola biləcəyini açıqladı
435 dəfə oxunub
  • A-
  • A
  • A+

Adı "X" olaraq dəyişdirilən tviter platforması bundan sonra istifadəçilərdən ödəniş tələb edə bilər.

Axşam.az xəbər verir ki, bu barədə şirkətin sahibi amerikalı milyarder İlon Mask deyib.

Onun sözlərinə görə, platforma bundan sonra ödənişli ola bilər. Bunun qarşılığında istifadəçilər aylıq 8 dollardan daha az ödəniş etməli olacaq. İlon bu addımı botdan istifadə edənlərlə mübarizə aparmağın yeganə üsulu kimi gördüyünü vurğulayıb. Belə ki, hər hesab üçün ayrı ödəniş vasitəsi tələb olunacaq. 

Mask hazırda platformadan hər ay 550 milyondan çox şəxsin istifadə etdiyini açıqlayıb.