Nilüfər xətəxanaya yerləşdirildi

Nilüfər xətəxanaya yerləşdirildi
1088 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli müğənni Nilüfər koronavirusa yoluxub.

Axşam.az xəbər verir ki, yüksək qızdırma səbəbindən getdiyi xəstəxanada virusa yoluxduğunu öyrənən sənətçi artıq müalicəyə başlayıb. Bu barədə o, sosial şəbəkədə bildirib:

"Müalicəm xəstəxanada davam edir. Dəyərli həkimlərimizin səyi ilə sağalma prosesimi ən qısa zamanda başa çatdıracağam. Xəstəliyimə görə sentyabrın 22-də baş tutacaq konsertimi oktyabrın 14-nə təxirə salmalı oldum".