55 yaşlı Valeriyanın formada qalma sirri

55 yaşlı Valeriyanın formada qalma sirri
1031 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyanın Xalq artisti Valeriya gəncliyinin və gözəlliyinin sirrini bölüşüb.

Axşam.az xəbər verir ki, “Beşinci kanal”a müsahibə verən 55 yaşlı sənətçi formada qalmaq üçün ciddi iradə sınaqlarına hazır olduğunu etiraf edib. İfaçı həyatını müəyyən seqmentlərə bölmədiyini, illərin taleyüklü mərhələlərini keçdiyini, ümumiyyətlə, kənar rəylərdən asılı olmadığını bildirib:

"Daxildə heç nə dəyişmir və məncə bunun bir çox səbəbi var. Amma mən hər gün idman edirəm, qidalanmama ciddi nəzarət edirəm, çox mütəşəkkil insanam, hər yerdə hər şeyi etməyə və zamanla ayaqlaşmağa çalışıram. Enerjini haradan əldə edə bilərəm? Bilmirəm, görünür, əvvəlcə bu enerjinin çoxu mənə göndərilib ki, onu paylaşmağa hazıram".