Türkiyəli aktrisa Alina Bozla iş adamı Umut Evirgen ailə qurur.
Axşam.az xəbər verir ki, iş adamının Parisdə aktrisaya evlilik təklifi etdiyi iddia olunub. Alina ona "Hə" cavabını verib.
İddialar arasında istirahətdən qayıdan ikilinin ailələrinin görüşdüyü və qızistəmə mərasiminin belə olduğu yer alır.
Cütlüyün 15 noyabrda Boğazdakı malikanələrin birində nikah masasına əyləşəcəyi deyilir.
Qeyd edək ki, Umutun adı aktrisalar Farah Zeynep, Tuba Büyüküstün, Melisa Şenolsun, Serenay Sarıkaya və Dilan Çiçek Denizlə hallanıb. Son olaraq aktrisa Ayça Ayşin Turan onunla haqlarında çıxan eşq iddialarını yalanlamışdı.
Alina sevgilisi Mithat Can Özerlə 4 illik münasibətlərini sonlandırıb.