Rəssam, aktrisa Alagöz Salahova ilə vida mərasimi keçirilib.
Axşam.az APA-ya istinadən xəbər verir ki, mərasim Təzə Pir məscidində baş tutub. Mərasimdə rəssamın ailə üzvləri, dostları, incəsənət nümayəndələri iştirak ediblər.
Daha sonra o, Yasamal qəbiristanlığında dəfn olunub.
Qeyd edək ki, Xalq rəssamı Tahir Salahovun qızı rəssam, aktrisa Alagöz Salayeva sentyabrın 20-i gecə saatlarında 70 yaşında dünyasını dəyişib.