Seda Sayanı fotoşopuna görə qınaması ona baha başa gəldi

Seda Sayanı fotoşopuna görə qınaması ona baha başa gəldi
1920 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli müğənni Seda Sayan sosial media hesabında paylaşdığı fotosu ilə gündəmə gəlib.

Axşam.az xəbər verir ki, ifaçı şəklə "Sevgilimin gözündə" qısa şərhini yazıb. Lakin Seda filtrdən istifadə etsə də, qarın nahiyyəsində olan izləri tamamilə yox edə bilməyib. Onu fotoşopuna görə tənqid edənlər arasında aparıcı Seren Serengil də yer alıb. Belə ki, o, fotoya "Aşiq olanda insan 65 yaşı 25 kimi görür. Göbəyi 65-də qalıb" şərhini yazıb. 

Sedanı qınayan izləyicilər Serengilin reaksiyasını da bəyənməyib. Onlar aparıcıya filtrlərdən, bədən inəltmə proqramlarından istifadə etdiyini, bu səbəbdən şəkillərinin keyfiyyətsiz olduğunu, həmçinin, başqaları ilə şəkil çəkdirdikdə belə fotoşop etmədən yayımlanmasına icazə vermədiyini xatırlayıblar.

"Özü bu yaşında estetikdən tanınmaz hala düşən Seren yazıb bunu", "Seda heç olmasa etdirdiyi əməliyyatları açıqlayır. Serendən soruşsan 20 yaşındadır, halbuki müğənnidən 2-3 yaş kiçik olar", "Kişi özündən bilir", "Fotoşop mövzusunda danışacaq son insan Serendir" kimi şərhlər bunlardan bir neçəsidir.