"Qızımı özüm böyütmək istəyirəm" - Şəfiqənin köməyə ehtiyacı var

"Qızımı özüm böyütmək istəyirəm" - Şəfiqənin köməyə ehtiyacı var
1803 dəfə oxunub
  • A-
  • A
  • A+

Gənc jurnalist Şəfiqə Nazimqızı ağır xəstəlikdən əziyyət çəkir.

Axşam.az xəbər verir ki, bu barədə o özü sosial şəbəkə hesabında yazıb. O bildirib ki, əməliyyat üçün təcili köməyə ehtiyacı var. Jurnalist 14 gün vaxtı qaldığını, bu müddət ərzində lazım olan vəsaiti toplamalı olduğunu yazıb:

"Həyatımın ən gözəl çağında, 5 illik həsrətdən sonra dünyaya gələcək övladımı qucağıma alacağım günlərin tam sonunda kəskin leykoz xəstəsi olduğum aşkarlanıb. Yüksək həyati risklə övladım doğulub, onu xəstəxanada ailə üzvlərimizə tapşırıb yoldaşımla Türkiyəyə müalicəyə getmişəm. Tam sağalmağım üçün ilik nəqli lazımdı. Xoşbəxtlikdən qardaşım donor kimi uyğun gəlib və oktyabrın 4-10 arasında transplantasiya həyata keçirilməlidir. Onun üçün maddi imkanımız yoxdur və təxminən 50 min dollardan çox pul lazımdır. Qızımı özüm böyütmək istəyirəm”.

Yenicə ana olan gənc jurnalistə dəstək olmaq istəyən şəxslər 4127 2141 2198 9898 və 4098 5844 9726 5767 kart nömrələrinə uyğun bildikləri məbləği göndərə bilərlər.