"Avroviziya" təmsilçisi vəfat etdi

"Avroviziya" təmsilçisi vəfat etdi
572 dəfə oxunub
  • A-
  • A
  • A+

1967-ci ildə "Avroviziya" mahnı müsabiqəsində Avstriyanı təmsil edən Peter Horten vəfat edib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, 83 yaşında vəfat edən sənətçinin ölüm səbəbi isə açıqlanmayıb.

Qeyd edək ki, Peter ölkəsini “Warum es hunderttausend sterne gibt” balladası ilə təmsil edərək dördüncü yeri tutmuşdu. O, bəstəkar kimi 600-ə yaxın mahnı yazıb. 1984-1989-cu illərdə televiziyada musiqi proqramlarının aparıcısı olub. 1989-1991-ci illərdə Hamburq Musiqi Akademiyasında dərs deyib.