Haydi Klum "Victorias secret"dən niyə narazıdır?

Haydi Klum "Victorias secret"dən niyə narazıdır?
891 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur model haydi Klum "Victorias secret" brendi ilə işlədiyi ərəfədə bəyənmədiyi məqamı açıqlayıb. 

Axşam.az xəbər verir ki, model bu haqda "People" dərgisinə müsahibəsində danışıb. 50 yaşlı Heidi etiraf edib ki, "Victorias secret" rəhbərliyi modellərin alt paltarlarını nümayiş etdirdiyi mələk qanadlarının ölçüsü ilə bağlı ona qarşı haqsızlıq edib.

"Victorias Secret"də işləməkdən qürur duyurdum... Digər modellər "Oh, bizə bu qanadları taxmağa məcbur etdilər" deyirdilər, mən isə "mən həmişə bu qanadları istəmişəm!" söyləyirdim. Amma buna görə mənə haqsızlıq edildi. Ən böyük qanad mənə verilmədiyi üçün məyus oldum" deyə, Haydi bildirib.