İzmirdə konsert verən müğənni Kibariyə gecədən foto yayımlayıb.
Axşam.az xəbər verir ki, onun şəkli izləyiciləri tərəfindən ələ salınıb. Belə ki, ifaçının şəkillərinə çox fotoşop etməsi bəyənilməyib.
Səhnəyə mavi libasla çıxan Kibariyə fotoşopla artıq çəkilərini gizlətməyə çalışıb.
İzləyiciləri gecədən şəkillər yayımlayaraq, müğənninin gerçək və fotoşoplu halı deyə, yazıblar.