Anar Heybətovun ad günündən - Fotolar

Anar Heybətovun ad günündən - Fotolar
2792 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Anar Heybətovun ad günü olub. 

Axşam.az xəbər verir ki, 47 yaşı tamam olan aktyor özəl gününü ailəsi ilə birlikdə qeyd edib. A.Heybətov ad günü gecəsindən fotoları izləyiciləri ilə bölüşüb. 

"25 sentyabr. Bu tarix düz 47 ildirki mənə cox doğmadır. Bu tarixdə artıq neçə illərdir tanıdığım və tanımadığım insanlardan təbrik mesajları alıram. Bu mesajlar mənə növbəti 25 sentyabra qədər stimul verir: çalışmaq, işləmək və sair. Hər birinizə təbriklərinizə görə ayrı-ayrı cavab yazmaq zaman tələb edir deyə icazənizlə ümumilikdə sizə öz təşəkkürümü bildirim. Nə yaxşı ki, varımsınız. Hər zaman da var olun. Çalışacağam gələcəkdəki 25 sentyabrlarda da sevginizə və hörmətinizə layiq olum. Sevirəm səni, sentyabr" deyə, aktyor təəssüratlarını bölüşüb.