Şotlandiyalı aktyor və musiqiçi Devid Makkallum vəfat edib.
Axşam.az xəbər verir ki, aktyor 90 yaşında xəstəxanada təbii səbəblərdən dünyasını dəyişib.
Qeyd edək ki, Makkallum 17 yaşında Londonda “Yay gecəsinin yuxusu”nda debüt edib. 1960-cı illərin əvvəllərində o, Hollivuda köçüb. Aktyor "U.N.C.L. agentləri" serialındakı rolundan sonra şöhrət qazanıb.
Makkallumun filmoqrafiyasına 110-dan çox rol daxildir. “Sex and the City”, “Batman vs. Robin”, “Batman: Gotham Cnight”, “NCIS”, “Mister and Missis Smith”, “Babylon 5”, “Sinking of the Titanic” bunlardan bir neçəsidir.