"Ты супер!", "Ты супер! Суперсезон" və "Шоумаскгоон", "Маска" şoularının iştirakçısı, rusiyalı müğənni Diana Ankudinova Kseniya Sobçakın yutub layihəsinin qonağı olub.
Axşam.az xəbər verir ki, ifaçı şoudakı iştirakından sonra bir çox təkliflər aldığını bildirib. O, Azərbaycan əsilli müğənni Jah Xalib və NTV kanalının baş prodüseri Timur Vaynşteynin ona etdiyi təkliflərdən söz açıb.
D.Ankudinova deyir ki, "Sən supersən!" şousunda qalib olduqdan sonra müxtəlif sənətçilər onunla duet oxumaq təklifi irəli sürüblər:
"Balaca uşaq idim və şou-biznesin nə olduğunu, kiminləsə işbirliyini anlamırdım. Üzərimdə çalışdım və yaza biləcəyini bilmirdim. Sonra məktəbdə idim və inkişafıma daha çox önəm verirdözümü inkişaf etdirdim. Bir müddət sonra Jah Xalib mənimlə əlaqə saxladı və əməkdaşlıq təklif etdi, lakin mən imtina etdim. Mənə təklif olunan bəzi məqamlar, bəlkə də, bir az xoşuma gəlmədiyi üçün və ya birtəhər həyatımı məhdudlaşdırdığı üçün istəmədim".
İfaçı hazırda Jah Xaliblə münasibətlərinin yaxşı olduğunu, tez-tez danışdıqlarını vurğulayıb.
Müsahibə zamanı Kseniya Sobçak NTV telekanalındakı mənbələrinə istinadən D.Ankudinovadan Timur Vaynşteyn və “Sən supersən!” layihəsinin münsiflər heyətində olan bəstəkar və prodüser İqor Krutoyla görüşü barədə soruşub.
"Düzdür, görüşə gəlməmişəm. İşin şərtləri ilə razılaşmadım və gəlmədim. Hər şey istədiyim qədər qaneedici deyildi" deyə, Diana qeyd edib.