Tətillər bitdi

Tətillər bitdi
660 dəfə oxunub
  • A-
  • A
  • A+

Hollivud Yazıçılar Gildiyası tətilin bitdiyini elan edib.

Axşam.az xəbər verir ki, tətillər təxminən beş aydan sonra dayandırılıb. Belə ki, ssenari müəllifləri yaza, ssenarilərini sata və iş görüşləri edə bilərlər.

Qeyd edək ki, tətillər film sektoruna təsirsiz ötüşməyib. Bir çox ekran işinin tanıtımı gecikib, bu isə maliyyə itkilərinə səbəb olub.

Həmçinin, bu ilin noyabrın 18-də keçirilməsi gözlənilən "Oskar" 2024-cü il yanvarın 9-na planlaşdırılıb.

Tətillərə görə "Emmi" mükafatının təqdimetmə mərasimi də təxirə salınıb.