Türkiyəli müğənni İzel Çeliköz sosial mediada fotolarına gələn tənqid dolu şərhlərə cavab verib.
Axşam.az xəbər verir ki, ifaçı fotoşopsuz şəklini paylaşaraq sosial media istifadəçilərini sənətçiləri tənqid etməkdənsə, onların yaracılığına fikir vermələrini xahiş edib:
"Buyurun, bu fotoşopsuz, filtirsiz və hətta makiyajsız şəklim. Çox təbii və gözəl hesab etdiyim bir kadrdır. Sosial şəbəkələrdəki hücumlardan çox yorulmuşam. Əvvəlki postda səhnə geyimi, ekstravaqant aksessuarlar və ən əsası vizajistimin əl işi var idi. Çəkiliş o qədər xoşuma gəldi ki, hamının bundan xəbəri olsa da, üzümdəki məsamələrin silinməsini istədim. Burnum, gözlərim, çənəm, dodaqlarım mənimdi. Siz fotoşopda son nöqtə dediniz. Ən acınacaqlısı odur ki, dəyərli vaxtınızı buna həsr etmisiniz. Xahiş edirəm, bu şeyləri geridə buraxın. Zaman daha dəyərlidir. Onu daha vacib şeylər üçün saxlayın.
"Kökəlmisən, gözümüzün estetiyi pozulub" deməkdənsə, səsimizə, mahnımıza qulaq asın. Gəlin, ruhunuzu sağaldaq. 3 ildə 38 bədəndən 44-ə keçdim. Sizcə hər istədiyim şeyi geyinə bilməməyimdən özüm də narahat olmuram? Lakin qalxanabənzər vəz və şəkər xəstəliyinə görə çəki atmaq çox çətindir. Hər kəsin bir səbəbi var. Bunları geridə qoyaq. Kifayət qədər əsəbiyik, yetərincə xoşbəxt deyilik. Gəlin, bunları müzakirə edək. Gəlin, qəlbləri qırmayaq, içimizə baxaq və kim olduğumuzu öyrənək. Gəlin, içimizdəki gözəlliyi kəşf edək. İki dostun kafedə oturub əllərində telefon, heç söhbət etmədiklərini görəndə narahat oluram. Vaxt qiymətlidir. Yaxşılıq üçün yaşamalıyıq. Bütün gözəl ürəklərinizdən öpürəm".