"Sihirli annem", "Çocuklar duymasın" kimi bir çox seriallarda rol alan türkiyəli aktrisa Seda Fettahoğlunun ölüm səbəbi bəlli olub.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 44 yaşlı aktrisa yeni aldığı silahla intihar edib.
Onun cəsədi İstanbulda parkların birində aşkarlanıb. Hazırda intiharın səbəbi araşdırılır.
Qeyd edək ki, Seda 4 gün əvvəl sosial media hesabında fotosunu paylaşaraq "Yaşamağı sev, bədəni qoru" sözlərini yazmışdı.