Taylanddakı məşhur xarabalıqlara bağlı turistlərə qadağa

Taylanddakı məşhur xarabalıqlara bağlı turistlərə qadağa
668 dəfə oxunub
  • A-
  • A
  • A+

Tayland hakimiyyəti tezliklə YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Si Txep tarixi parkında turistlərə piramidal xarabalıqlara qalxmağı qadağan edəcək.

Axşam.az xəbər verir ki, bu barədə “Bangkok Post” məlumat yayıb.

Bu qərar Khao Klanq Nok xarabalıqlarının təhlükəsizliyindən qorxan yerli sakinlərin şikayətləri fonunda qəbul edilib. Xarabalıq YUNESKO-nun Siyahısına daxil edildikdən sonra bu yerlərə turistlərin sayı xeyli artıb.

Hazırda park rəhbərliyi turistlərə xarabalıqların zirvəsinə qalxmağa imkan verir. Bununla belə, orada yerli buddistlərin hörmətlə yanaşdıqları qədim stupalar kimi çoxlu qalıqlar var.

“İnanıram ki, qadağa bu qədim məkanı daha dəyərli edəcək. Zirvəyə qalxmaq cəfəngiyyatdır. İnsanlar sadəcə mənzərənin şəkillərini çəkmək istəyirlər. Bunun faydası azdır. Yerdən bu qədim xarabalığı izləmək daha yaxşıdır”, - deyə Viravat rayonunun rəhbəri bildirib.