Rusiyalı blogerin 2 milyon vergi borcu var

Rusiyalı blogerin 2 milyon vergi borcu var
432 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyanın Federal Vergi Xidməti Lerçek kimi tanınan bloger Valeriya Çekalinanı vergiləri ödəmədiyinə görə 124 milyon rubl (təxminən 2 milyon 182 min manat) cərimə ödəməyə məcbur edəcək.

Axşam.az xəbər verir ki, bu barədə blogerin vəkili Konstantin Tretyakova məlumat yayıb.

Onun sözlərinə görə, Federal Vergi Xidməti qərarını sentyabrın 18-də verib. Xidmət Çekalina və əri Artemdən cərimə ödəmələrini tələb edib. 

Tretyakov əlavə edib ki, hazırda cütlük bunu edə bilməz, çünki onların əmlakına və hesablarına cinayət işi çərçivəsində həbs qoyulub.