Xəbər verdiyimiz kimi, dünyaca məşhur müğənni-aktrisa Sofi Loren sentyabrın 24-də xəstəxanaya yerləşdirilib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, Cenevrədəki villasının hamamında yıxılaraq omba və bud sümükləri sınan 89 yaşlı aktrisa səhhəti ilə bağlı açıqlama verib:
“Sevənlərimdən mənə göstərdikləri yaxınlıq və məhəbbət üçün təşəkkür edirəm. Daha yaxşıyam, sadəcə reabilitasiyadan keçməliyəm və bir müddət istirahət etməliyəm”.