Şəhid hərbi qulluqçumuz Vüsal Orucov dəfn olunub.
Axşam.az APA-ya istinadən xəbər verir ki, onun nəşi Qusar rayonunun Suvacal kənd qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, sentyabrın 30-u günorta saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətindəki mövqeyindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Aşağı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyinə snayper silahından atəş açılıb.
Nəticəsində hərbi qulluqçumuz Orucov Vüsal Xeyirbala oğlu şəhid olub.