"Bihter" filminin çəkilişlərində gərginlik yaşandığı ortaya çıxıb.
Axşam.az xəbər verir ki, ekran işində rol alan aktrisalar Farah Zeynep Abdullahla Hande Ataizi arasında mübahisə düşüb. Tərəflər arasında hansı səbəbdən gərginlik yarandığı açıqlanmasa da ikilinin hazırda küsülü olduğu bildirilir.
Qeyd edək ki, film 1900-cü illərin məşhur serialı "Aşk-ı Memnu"nun hekayəsi əsasında lentə alınıb.
Baş rolu aktrisa Farah Zeynep Abdullah canlandırıb. Hande Ataizi isə “Firdevs” obrazına həyat verib.