Türkiyəli aktyor Haluk Bilginer Hollivud ulduzu Ancelina Coli ilə tərəf müqabili olacaq.
Axşam.az xəbər verir ki, ikili "Maria" filmində rol alacaq. Haluk "Aristotel Onassis", Ancelina isə "Mariya Kallas" obrazlarına həyat verəcəklər.
Qeyd edək ki, film yunan əsilli Amerika opera müğənnisi, sopranoya (red. - ən zil müğənni səsi) malik Mariya Kallasın həyatından bəhs edəcək.