"Titanik"dəki məşhur obrazın geyimləri hərraca çıxarılır - Fotolar

"Titanik"dəki məşhur obrazın geyimləri hərraca çıxarılır - Fotolar
1029 dəfə oxunub
  • A-
  • A
  • A+

Hollivud ulduzu Leonardo DiKaprionun "Titanik" filmində canlandırdığı "Cek" obrazının kostyumu hərraca çıxarılacaq.

Axşam.az xəbər verir ki, geyimin ilkin qiyməti 100 mindən 200 min dollara qədər dəyişir.

Bura Leonardonun geyindiyi ağ köynək, qara jilet və şalvar daxildir. Kostyumun üzərində aktyorun adı və filmin çəkiliş tarixi əks olunub.

Geyim noyabrın 9-dan 12-dək Londonda keçiriləcək hərracda satışa qoyulacaq. Ümumilikdə 13,8 milyon dollar dəyərində müxtəlif ekran işlərinə məxsus 1800 ədəd əşya hərraca qoyulacaq.