Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə dünyasını dəyişib.
Axşam.az-ın məlumatına görə, mərhumla vida mərasimi Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin binasında keçirilir.
Mərasimdə mərhumun ailə üzvləri, dövlət xadimləri, alimlər və digər şəxslər iştirak edirlər.