Xəbər verdiyimiz kimi, türkiyəli müğənni Demet Akalın "TV 8"də yayımlanacaq proqramlardan birinə aparıcılıq edəcək.
Axşam.az-ın məlumatına görə, onunla birgə verilişi aparacaq digər şəxsin də adı bəlli olub. Belə ki, Demet efirə aparıcı-aktyor Jess Molho ilə birgə çıxacaq.
İfaçı onunla birgə fotosunu sosial media hesabında paylaşaraq "Həyata aid nə varsa, danışacağıq" qısa şərhini yazıb.
