Aparıcı-aktyor Coş Duhamel Duhamel 2019-cu ildə keçmiş həyat yoldaşı Fergidən ayrılmasının səbəbini açıqlayıb.
Axşam.az xəbər verir ki, aktyor bu barədə "Deep Down with Graham Bensinger" verilişinə müsahibəsində danışıb.
O bildirib ki, münasibətlərində pis bir şey olmadığını, sadəcə daim ictimaiyyətin diqqətində qalmasına öyrəşə bilmədiyini qeyd edib:
"Düşünürəm ki, diqqət mərkəzində qalmağı heç vaxt sevməyəcəyəm. Qırmızı xalçada gəzməyi sevən biri deyiləm. Bu Hollivud işləri mənə görə deyil. Fergidən inciməmişəm. Bəxtim gətirib ki, o, çox mehriban insandır".
Qeyd edək ki, 2009-cu ildə ailə quran cütlüyün bir oğlu var. Onlar 2017-ci ildə ayrıldıqlarını elan etsələr də, rəsmi olaraq iki il sonra boşanıblar.