Amerikalı müğənni Britni Spirsin atası Ceymi Spirs xəstəxanaya yerləşdirilib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, infeksiyaya yoluxan Ceyminin vəziyyətinin ağır olduğu bildirilir.
Qeyd edək ki, Britni atası ilə qəyyumluq işi ilə bağlı illərdir mübarizə aparıb. Ata və qızı dəfələrlə məhkəmədə üz-üzə gəlib.