1990-cı ildə yaradıcısı Hollivud ulduzu Kianu Rivz olan “Dogstar” rok qrupunun 23 il sonra yeni albomu işıq üzü görüb.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, "Somewhere Between the Power Lines və Palm Trees" adlı albomda 12 mahnı yer alıb.
Qeyd edək ki, qrup üzvləri Kianu Rivz, Bret Domrouz və Rob Mailhaus bu ilin iyulunda yenindən fəaliyyətə başlayıblar.