Qalkin ailəsinin harada olmasından danışdı - Foto

Qalkin ailəsinin harada olmasından danışdı - Foto
1640 dəfə oxunub
  • A-
  • A
  • A+

Fələstinin radikal “HƏMAS” hərəkatının İsrailə qarşı başlatdığı genişmiqyaslı hərbi əməliyyatlar fonunda ölkədə olan rusiyalı şoumen Maksim Qalkin növbəti dəfə paylaşım edib.

Axşam.az xəbər verir ki, şoumen həyat yoldaşı, Rusiyanın Xalq artisti Alla Puqaçova və övladları - on yaşlı Harri və Lizanın harada olmasından bəhs edib.

“İndi bizim yaşadığımız ərazidə - İsraildə nisbətən sakitlik hökm sürür. Bir neçə gün idi həyəcan siqnalları çalırdı" deyə, Qalkin ailəsi ilə birlikdə İsraildən getməsi barədə yayılan məlumatları təkzib edib.

Şoumen daha əvvəl müharibə şəraitində Rusiyanı tərk etdiyini xatırladanlara sərt cavab verib:

“Gedişimizi qaçış adlandırmağa çalışdılar, lakin bu, doğru deyil. Niyə getdiyimizi izah etməyəcəyəm, ağıllı insanlar bilir, axmaqlara təkrarlamaq isə faydasızdır.

Biz uzun illər Avropa İttifaqının vətəndaşıyıq, Avropa pasportlarımız var və 27 gözəl sivil Avropa ölkəsindən birində istənilən vaxt, problemsiz, hətta sabah da yaşaya bilərik. Amma biz İsraili ona görə seçdik ki, mən bu ölkəni çox sevirəm, burada özümü sakit hiss edirəm. Alla və mən özümüzü bura aid hiss edirik. Anam tərəfdən yəhudiyəm, bu mənim bir parçamdır. İsraili seçdiyimiz üçün bir dəqiqə belə peşman deyilik.

Hazırda imkan var, hava limanı açıqdır, bəli, bütün aviaşirkətlər uçmur, ancaq getmək olar, amma bunu etmirik. Alla, mən və uşaqlarımız bu çətin anda İsrail xalqına dəstək olmaq istəyirik. Fəxr edirik ki, indi vətənpərvərliyin şişirdilmiş, süni olmayan, yuxarıdan təlqin edilməmiş, qəlbimizin dərinliklərindən gələn bir məfhum olan belə vahid millət və dövlətlə bağlıyıq”.

O, Təl-Əvivin hava limanından yayılan izdihamlı görüntülərə də aydınlıq gətirib:

“Onlar turistlərdir. Əcnəbilər uçurlar ki, onları başa düşmək olar. Lakin israillilər buradan uçmur, qaçmırlar".

Qalkin daha sonra övladlarının sığınacaqdan çəkilən fotosunu izləyiciləri ilə bölüşüb.

Xatırladaq ki, M.Qalkin ailəsi ilə birgə Ukraynada hərbi əməliyyatlar başlayandan sonra Rusiyanı tərk edərək İsrailə köçüb.