Rus musiqi prodüseri Cozef Priqojin uzun illərdir İsraildə yaşayan anası Dinaranı ölkədən çıxarmaqda problemlə üzləşdiyini vurğulayıb.
Axşam.az xəbər verir ki, bu barədə o, sosial media hesabında yazıb.
"Zarafatsız mənim üçün HƏMAS-la razılığa gəlmək anamla olduğundan daha asandır. Anamı oradan çıxartmaq mümkün deyil. 35 ilə yaxındır ki, İsraildə yaşayır. Ona toxunmamağımızı xahiş edir. Şükürlər olsun ki, hamı sağ-salamatdır, amma vəziyyət yaxşı deyil. Ərazini müxtəlif yollarla bölmək olar, lakin dinc sakinlər əziyyət çəkməməlidir" deyə, o, bildirib.
Prodüser İsraildə yaşayan qardaşı və bacısı ilə də hər şeyin qaydasında olduğunu əlavə edib.