7 ildir ayrı yaşadıqlarını etiraf etdi

7 ildir ayrı yaşadıqlarını etiraf etdi
1471 dəfə oxunub
  • A-
  • A
  • A+

Hollivud ulduzu Uill Smitin həyat yoldaşı Cada Pinketdən 7 il əvvəl ayrıldığı üzə çıxıb.

Axşam.az xəbər verir ki, bu barədə Cada “People” jurnalına müsahibəsində danışıb. O, gizli şəkildə ayrıldıqlarını, lakin evliliklərini davam etdirdiklərini bildirib.

Cada 2016-cı ildən Uildən ayrı yaşadığını və indiyə qədər boşanmaq üçün ərizə vermək barədə fikirləşmədiyini qeyd edib. O, heç bir halda boşanmayacağına da söz verdiyini vurğulayıb.

Qeyd edək ki, 1997-ci ilə ailə quran cütlüyün bu evlilikdən 2 övladı var.