“Tesla” və “SpaceX” şirkətlərinin sahibi İlon Mask məşhur studiya "Warner Bros."a məktub ünvanlayaraq təhdid edib.
Axşam.az xəbər verir ki, milyarder şirkətdən keçmiş sevgilisi, aktrisa Ember Hördü "Akvamen 2" filmində də rol almasını tələb edib. O, həmçinin filmin rejissoru Ceyms Van Heardın vəkili Karl Ostinə də məktub göndərib. Mask aktrisanın ekran işinə qayıtmayacağı təqdirdə onları studiyalarını yandıracağı ilə hədələyib.
Aktrisanın layihədə yenidən yer alacağı iddia olunur.
Qeyd edək ki, Ember eks-həyat yoldaşı, aktyor Conni Deppi ailədaxili zorakılıqda ittiham etdikdən və qalmaqallı məhkəmədə uduzduqdan sonra sözügedən rolu canlandırması sual altında qalmışdı.
Bundan başqa, aktrisanın Conni ilə evli olduğu vaxtlarda Maskla münasibətdə olduğu ortaya çıxmışdı.