Aşkelonda (red. - İsrailin Aralıq dənizi sahilində yerləşən şəhəri) yaşayan rusiyalı aktyor Kirill Safonov Fələstin-İsrail münaqişəsinə münasibət bildirib.
Axşam.az xəbər verir ki, bu barədə o, sosial media hesabında paylaşım edərək vəziyyətin kəskinləşdiyini bildirib.
"İndi İsrailin daxilində, xalqı ilə baş verənləri görə bilsəydiniz, çox gözəldir! Bütün ağrıları və kədərləri bir anlıq unudursansa, çox gözəldir! Bunu çatdırmaq mənim üçün çətindir, lakin bu insanları məğlub etmək olmaz. Bu teorem deyil, aksiomadır!" deyə, Kirill eyvanından çəkdiyi fotonu paylaşıb.
