"Ərbil aramızdakı yaş fərqini mənə hiss etdirmir"

"Ərbil aramızdakı yaş fərqini mənə hiss etdirmir"
1634 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli şoumen Mehmet Əli Ərbilin özündən 40 yaş kiçik nişanlısı Gülseren Ceylan ayrılıq iddialarına münasibət bildirib.

Axşam.az xəbər verir ki, o, çıxan şayiələri yalanlayaraq, xoşbəxt olduqlarını vurğulayıb.

"Evlilik müqaviləsini Ərbil imzalamaq istəmir. Bu qərarına hörmət edirəm. Bizimki qısa müddətli münasibət deyil. Mənim üçün yaşın heç bir fərqi yoxdur. Ərbili 66 yaşında görmürəm. O, aramızdakı yaş fərqini mənə hiss etdirmir. Çox xoşbəxtik. Ailəsi də münasibətimizi dəstəkləyir. Heç kimdən mənfi reaksiya yoxdur. Onsuz da Ərbil kimdənsə məsləhət alan biri deyil" deyə, Ceylan bildirib.

Qeyd edək ki, cütlük bu yaxınlarda nişanlanıb və evlənəcəklərini açıqlayıblar. Bu, Ərbilin 6-cı evliliyi olacaq. Onun sevgilisinin 26 yaşı var.

Ərbil 3 uşaq atasıdır. Daha əvvəl tək daş üzük və sport maşın istəyən Ceylanın şoumendən ev tələb etdikdən sonra ayrıldığı iddia edilmişdi.