“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo İran qanunlarını pozub.
Axşam.az xəbər verir ki, futbolçu Asiya Çempionlar Liqasında “Persepolis”lə matçda iştirak etmək üçün İrana yollanıb. Həmin an Ronaldo fiziki məhdudiyyətli rəssam Fatimə ilə görüşüb. Fatimə Ronaldonun fanatıdır. Həmin an o, qızı qucaqlayıb və öpüb. Bu isə İran qanunlarına zidd hərəkət olub. Belə ki, tanımadığı kişinin qadını qucaqlaması zina sayılır.
Fatimə futbolçuya rəsmini hədiyyə edib. Ronalda isə adı yazılan formasını ona bağışlayıb.
Futbolçu İranda qiyabi olaraq 99 şallaq cəzasına məhkum edilib. Kriştiano yenidən bu ölkəyə gələrsə, cəza icra olunmalıdır. Bildirilir ki, Ronaldonun yenidən İrana səfər edəcəyi təqdirdə barəsində hökm çıxarılacaq.