Zaurun Fatimə ilə Naziləni barışdırmaq cəhdi alınmadı - Telefonu söndürdü

Zaurun Fatimə ilə Naziləni barışdırmaq cəhdi alınmadı - Telefonu söndürdü
4462 dəfə oxunub
  • A-
  • A
  • A+

Aparıcı Zaur Baxşəliyev "Bizimləsən" proqramında aralarında qalmaqal yaşanan şair Nazilə Səfərli ilə rəqqasə Fatimə Fətəliyevanı barışdırmaq istəyib.

Axşam.az xəbər verir ki, aparıcı Fatimə verilişində qonaq olan zaman şairə zəng edərək bu küsülülüyün bitməsini arzulayıb.

Nazilə Səfərli isə "Zaur, nitqin bitdisə, salamat qal. İnşallah xeyir işlərdə görüşərik" cavabını verərək telefonu söndürüb.

Fatimə Fətəliyeva isə onunla barışmaq arzusunda olmadığını dilə gətirib.

Qeyd edək ki, Nazilə məhkəmədə Fatimədən 50 min təzminat istəyib. Nazilə məhkəmədə qalib gəlib, Fatimə isə apellyasiyaya müraciət edib. O, bir müddət əvvəl apellyasiya məhkəməsini də uduzub. Məhkəmə şairin istədiyi 50 min manatlıq təzminatı isə 500 manata düşürdüb.

Xatırladaq ki, rəqqasə ilə şairə arasındakı qalmaqala Nazilənin sosial şəbəkədə yazdığı "Bir rəqqasə reklam etdiyim məkanların birinə zəng edib qışqıraraq deyib ki, bizi dəvət etmirsiniz, kobud şairəni reklama dəvət edirsiniz. Əzizim, vaxtında bizim başımızda böyüyümüz olub. Stolların üstündə göbək rəqsi etməyə icazə verməyiblər deyə, incə qala bilməmişik, kobud qalmışıq. Demək istərdim ki, ağır ol, amma ağır olsan dingildədiyin masalar qırılar. Bağışla" sözlər səbəb olub. Ondan sonra Fatimə bu sözlərin ona aid olduğunu söyləyib.

Həmin görüntüləri təqdim edirik: