Bu müsahibəyə görə Sobçak və rus bloger yoxlanılacaq

Bu müsahibəyə görə Sobçak və rus bloger yoxlanılacaq
589 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyalı aparıcı Ksenya Sobçak və bloger Dmitri Larin ölkənin silahlı qüvvələrini nüfuzdan saldığına görə yoxlanılacaq.

Axşam.az xəbər verir ki, bu barədə "Mash" teleqram kanalı məlumat yayıb. Bildirilib ki, buna səbəb blogerin Sobçaka verdiyi müsahibə olub.

Araşdırmalar Rusiyanın Daxili İşlər Nazirliyi tərəfindən aparılır.

Belə ki, Larin sözügedən müsahibəsində Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibəni açıq şəkildə tənqid edib. Həmçinin o, müharibənin iştirakçılarını "cinayətkar" adlandırıb və Krımın Ukraynaya qaytarılmalı olduğunu müdafiə edib.

Qeyd edək ki, Dmitri Larin 2021-ci ildə Rusiyanı tərk edib və Balidə yaşayır.