Yağmur Atacan ilk dəfə aktyorluq karyerasını niyə sonlandırması ilə bağlı sualları cavablandırıb.
Axşam.az xəbər verir ki, o, buna həyat yoldaşı Pınar Altuğun ondan çox qazanmasının səbəb olduğunu etiraf edib:
"Az qazanc əldə edən sənətini buraxacaqdı. Mən buraxmalı oldum. Bu qərarı almağım 30 saniyə çəkdi".
Qeyd edək ki, Pınar özündən 9 yaş kiçik Atacanla 14 il əvvəl ailə qurub. Atacan son olaraq 2008-ci ildə "Avanak kuzenler" filmində rol alıb.