Tarixin ən yaxşı gitaraçısı seçildi

Tarixin ən yaxşı gitaraçısı seçildi
533 dəfə oxunub
  • A-
  • A
  • A+

Musiqiçi Cimi Hendriks "Rolling Stone" tərəfindən tarixin ən yaxşı gitaraçısı seçilib.

Axşam.az xəbər verir ki, mütəxəssislər mərhum virtuozun tamaşasının parlaq texnikasına və teatrallığına diqqət çəkiblər.

Bundan əlavə, afroamerikalı sənətçinin ABŞ-də irqi ayrı-seçkilik dövründə mədəni bir fenomenə çevrildiyi qeyd olunub.

Gitaraçılar Çak Berri və Cimmi Peyc də "Rolling Stone" nəşrinin ilk üçlüyünə daxil olublar.

Qeyd edək ki, 1970-ci ildə dünyasını dəyişən Cimi Hendriksi 2009-cu ildə "Time" jurnalı da tarixin ən yaxşı gitaraçısı seçmişdi.