Ata olmağa hazırlaşan aktyor Kaan Urqancıoğlu “Yargı” serialındakı övladını itirən valideyn obrazını oynamağın ona çətin olduğunu etiraf edib.
Axşam.az xəbər verir ki, ekran işində Ilqaz obrazını oynayan sənətçinin həmin səhnələri böyük səs-küy yaratmışdı. Ilqaz və Ceylinin qızı Mercanı itirdiyi həmin kadrlar böyük səs-küy doğurub.
Kaan "Çox çətin bir səhnə idi. Oynayanda da, izləyəndə də çətinlik çəkdim. Həyatda bəzi acı günlər yaşayırıq. Onlarla üzləşmək çətin olur. Bəzi kadrlar isə bizə şəfa olur. Ümid edirəm ki, mənim də obrazım kiməsə şəfa oldu. Çətin şərtlərlə işləyirik. Bu işi illərdi edirəm".