Xəbər verdiyimiz kimi, müğənni Cennifer Lopes həyat yoldaşı Ben Afflekin keçmiş xanımı Cennifer Qarnerlə görüşməsini qısqanıb.
Axşam.az xəbər verir ki, bu etirazlara baxmayaraq aktyor yenidən Cenniferlə bir araya gəlib.
CeyLo artıq Benə açıq şəkildə izah edib ki, o, keçmiş həyat yoldaşı Cennifer Qarnerlə çox yaxın ünsiyyətindən narazıdır. Amma buna baxmayaraq, o və üç övladının anası, deyəsən, münasibətlərini kəsməyə tələsmirlər.
Ötən gün onlar Los-Ancelesdə yenidən görüşüblər. Ben 11 yaşlı oğlu Samueli nənəsi, keçmiş müəllimi Patrisiya Ann Qarnerlə görüşməyə gətirib. Ben oğlu, Cennifer isə yaşlı anası ilə qol-qola görüntülənib.
