Kanadalı məşhur rok ifaçısı Avril Lavin və reper sevgilisi Tayqa ikinci dəfə ayrılıb.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, ilk dəfə yayda ayrılan cütlük bir neçə həftə sonra yenidən barışmışdı.
Cütlüyə yaxın mənbənin sözlərinə görə, onlar bu dəfə həmişəlik ayrılıblar.
Qeyd edək ki, Avril bu ilin fevralında reper nişanlısı Mod Derek Rayan Smitlə (Mod San) münasibətlərini sonlandırmışdı.