İranlı rejissor Daryuş Mehrcui və aktrisa xanımı Vahidə Məhəmmədifər işgəncələrə məruz qaldıqdan sonra evlərində ölü tapılıb.
Axşam.az xəbər verir ki, Mehrcui ilə xanımının boyun hissəsində bıçaq kəsikləri aşkar edilib. Hadisə yerinə gedən polis işgəncəyə məruz qalmış cütlüyün cəsədini evində tapıb.
Bu haqda İran Xəbər Agentliyi məlumat yayıb. İran polisi bildirib ki, qətli törədən və ya edənlər hələlik məlum deyil.
"Dəlillər göstərir ki, bu qətl soyuq silahın boyun və bədən nahiyələrindən aldığı xəsarətlər nəticəsində törədilib" deyə, əlavə olunub.