Məşhur rusiyalı müğənni, "Fabrika" pop qrupunun keçmiş solisti Saşa Savelveva uzun illərdir həyat yoldaşı, aktyor Kirill Safonov və oğlu Leon ilə birlikdə yaşadığı İsraildən paylaşım edib.
Axşam.az xəbər verir ki, bu barədə o, sosial media hesabında yazıb.
"Xəbərləri oxuya bilmirəm, amma həyəcan səsləri olanları mənə yetişdirir. Əvvəla, mən anayam və ürəyimdə nələr olduğunu təsəvvür edə bilərsiniz, xüsusən də siz burada, hadisələrin içindəsinizsə. İndi məndən asılı olanı etməyə çalışıram: bir-birimizə dəstək olmağa, sözlə belə olsa, kömək etməyə. Bu sevgidir" deyə, Saşa bildirib.
İfaçı əlavə edib ki, müharibədə həlak olanların sayı çoxdur:
"Bütün şər və barbarlığın cəzalandırılacağına inanıram. Buna alışmaq mümkün deyil. Ümid edirəm ki, hər şey tezliklə bitəcək. Qurbanlar, çoxdur”.
