Xəbər verdiyimiz kimi, məşhur model Cici Hadidlə aktyor Bredli Kuperin sevgili olduğu iddia edilib.
Axşam.az-ın məlumatına görə, cütlüyün müğənni Teylor Sviftin Rod-Aylend sahilindəki evində görüşürlər. Hər ikisinin Nyu-Yorkda evi olsa da, cütlük dostlarından kömək alıb.
Qeyd edək ki, Bredli daha əvvəl rusiyalı məşhur model İrina Şeyklə münasibətdə olub. Onların 2017-ci ildə Liya adlı qızı dünyaya gəlib. İkili 2019-cu ildə ayrılmışdı.
Müğənni Zayn Malikdən ayrıldıqdan sonra Cicinin adı aktyor Leonardo DiKaprio ilə hallanıb. Maraqlı məqamlardan biri də həmin ərəfədə DiKaprio ilə İrina arasında da münasibət olduğu iddia edilib. Cici ilə Zaynın bir qız övladları var.