"Dünya gözəli" yarışmasının iştirakçısı 26 yaşında vəfat etdi

"Dünya gözəli" yarışmasının iştirakçısı 26 yaşında vəfat etdi
2051 dəfə oxunub
  • A-
  • A
  • A+

Uruqvayı "Dünya gözəli" yarışmasında təmsil edən Şerika de Armas vəfat edib.

Axşam.az xəbər verir ki, iki ildir  xərçənglə mübarizə aparan Şerika 26 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, o, sözügedən yarışda 2015-ci ildə - hələ 18 yaşı olarkən iştirak edib.